Alber Kamü
fransız yazıçı və filosofu / From Wikipedia, the free encyclopedia
Alber Kamü (fr. Albert Camus; 7 noyabr 1913[2][3][…], Dreön, Fransa Əlcəzairi[d], Fransa[4][1] – 4 yanvar 1960[5][2][…], Villeblevin[d], Yonna, Fransa[6][1]) — fransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, Çöküş və Üsyan daxildir.
Alber Kamü | |
---|---|
fr. Albert Camus[1] | |
Doğum tarixi | 7 noyabr 1913(1913-11-07)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 1960(1960-01-04)[5][2][…] (46 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İstiqaməti | Qitə fəlsəfəsi |
Əsas maraqları | fəlsəfə[7], ədəbiyyat[1], jurnalistika[7], etika, mövcudluq, siyasi fəlsəfə, publisistika[7], teatr[1], esse[7], dram[7] |
Təsirlənib | Sorn Kyerkeqor, Andre Malro, Plotin[8], Fridrix Nitsşe[9], Frans Kafka[10], Andre Jid, Fyodor Dostoyevski, Lev Şestov[d], Martin Haydeqqer, Karl Yaspers, Simona de Bovuar, Jan Pol Sartr |
Vikianbarda əlaqəli mediafayllar |
Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı. Kamü iki dəfə evləndi, ancaq evlilikdən kənar münasibətləri də var idi. O, siyasi olaraq da aktiv idi: totalitar olduğu üçün Sovet İttifaqına qarşı çıxan solçu idi. Kamü moralist idi və anarxo-sindikalizmi qəbul edirdi. O, Avropa inteqrasiyası üçün çalışan çox sayda təşkilatda fəaliyyət göstərirdi. Kamü Əlcəzair müharibəsində (1954–1962) tərəfsizliyini və multikultural və plüralistik Əlcəzair tərəfdarı olduğunu bildirdi. Belə mövqe mübahisələrə səbəb oldu və çoxları tərəfindən qəbul edilmədi.
Fəlsəfi olaraq Kamünün fikirləri absurdizm olaraq bilinən fəlsəfənin yüksəlməsində rol oynadı. O, həmçinin, ekzistensialist olaraq bilinirdi, baxmayaraq ki, bu ifadəni həyatı boyunca qəbul etməmişdi.