ABŞ-də prezident seçkiləri (2012)
From Wikipedia, the free encyclopedia
ABŞ Prezident seçkisi (2012) (ing. United States presidential election of 2012) — 6 noyabr 2012-ci il tarixində ABŞ-də keçirilmiş, sayca 57-ci prezident seçkisi. ABŞ Demokrat Partiyası 2012-ci il üçün ilkin seçkilər keçirməmiş, ABŞ Prezidenti Barak Obamaın namizədliyini irəli sürmüşdür.
ABŞ-də prezident seçkiləri |
---|
ABŞ-də hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması, sonuncu dəfə 2010-cu ildə keçirilmişdir. Belə siyahıya alınmaya əsasən hansı ştatın nə qədər nümayəndə vermək hüququ olduğu müəyyən edilir. ABŞ Prezident Seçkilərinin ən önəmli cəhəti hər bir ştatdan əldə olunan nəticənin, ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilən seçkiləri göstərmək olar. Həmin seçkilərdə Corc Uoker Buş 50.456.002 onun rəqibi Albert Qor isə 50.999.897 seçinin səsini toplamışdır. Ümumi seçkini Albert Qor qazansa da, 30 ştatda üstünlük əldə etmiş Corc Uoker Buş prezident seçilmişdir. Bu baxımdan ümumi say çoxluğundan daha çox, ayrı-ayrı ştatlarda üstünlük qazanmaq, namizədlər üçün daha önəmlidir.