Ağız boşluğu
From Wikipedia, the free encyclopedia
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır. Bu boşluq dişlərin arasındakı və çənə şaxəsinin ön kənarı ilə axırıncı böyük azı dişi arasında olan yarıqlar vasitəsilə ağız dəhlizi ilə birləşir. Ağız boşluğu arxada əsnək — lat. fauces s. isthmus faucium vasitəsilə udlağa keçir.
Damaq | |
---|---|
| |
Latınca | Cavum oris |
Yunanca | Stoma |
Qrey | subyekt 242 1110 |
MeSH | Oral+cavity |
Dorlands/Elsevier | 12220513 |
Vikianbarda əlaqəli mediafayllar |
Qidanın həzmi ağız boşluğundan başlayır. Həzm orqanları içərisində yeganə sümük mənşəli dişlərin iştirakı ilə qida maddələri mexaniki olaraq xırdalanır və ağız suyu vəzilərinin şirəsi ilə islanır.