Əfşar imperiyasının hərbi sistemi
From Wikipedia, the free encyclopedia
Əfşar imperiyasının hərbi sistemi — Əfşarların hərbi sistemlərinin kökü Səfəvilər dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı. Yerli sərkərdə olan və türkman Əfşar tayfasına mənsub Nadirqulu xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi və onlar indiki İranın şimal-şərqində fəaliyyət göstərirdilər. Nadirqulu özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatırdı. Tarixçi Maykl Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə, onun ən böyü üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir tərəfindən idarə olunması idi.[1][2][3]
Əfşar imperiyası Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 1736 |
Dağılıb | 1796 |
Daxildir |
Quru qüvvələri Hərbi donanma |
Qərargah | Məşhəd |
Canlı qüvvə | |
Dağılan kadr | 1796 |
Sənaye | |
Yerli təchizatçılar | Mərv, İsfahan, Kirmanşah və Amül silah fabrikləri |
Əlaqədar məqalələr | |
Rütbələr |
Xan Sultan Bəy Minbaşı Yüzbaşı Onbaşı |
Nadir şahın 1747-ci ildə öz sərkərdələrindən bir qrupunun əli ilə qətlə yetirildikdən sonra dövlət tədricən dağılmağa və on illər boyunca davam edəcək vətəndaş müharibəsinə sürüklənməyə başladı. Elə bu proseslərin başlaması ilə də Nadirin bir zamanların nə güclü ordusu hesab edilən ordusu da dağıldı. Ali hakimiyyəti ələ almaq üstündə Əfşarlardan bir çox mübarizə aparsa da, onlardan başqa da namizədlər çox idi. Ölkədəki ali hakimiyyətin bərpası isə yalnız Ağa Məhəmməd şah Qacarın dövründə bərpa edildi. Bu XVIII əsrin sonunda Ağa Məhəmməd şah Qacarın uğurlu hərbi yürüşlərindən sonra mümkün oldu.[4]