Şirvan (tarixi ərazi)
Azərbaycanda tarixi ərazi / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Şirvan.
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı.
Cəld faktlar Ümumi məlumatlar, Bölgə ...
Tarixi Azərbaycan əraziləri | |
Şirvan | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Azərbaycan |
Əsası qoyulub | IV əsr |
İndiki adı | Şamaxı |
Əhalisi | türklər, massagetlər, ləzgilər, tatlar, hunlar, xəzərlər və s. |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi.[1]