Şir
From Wikipedia, the free encyclopedia
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.
Şir | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şir |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s. ilə qidalanır. Boğazlıq dövrü 116 gün çəkir, 1–6, adətən 3–4 bala (çəkisi 400 qram) doğur. Cinsi yetkinliyə 3 yaşında çatır. 30–35 il yaşayır. Şirin pələng və bəbirlə mələzləri də var. Şimal-qərbi Hindistanda və Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayır. Hindistanda təbiətdə təxminən 200–250 şir yaşamaqdadır.