İvlin Vo
From Wikipedia, the free encyclopedia
İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, London – ö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır.[1]
İvlin Vo | |
---|---|
ing. Evelyn Waugh | |
| |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə, Böyük Britaniya. |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Komb Flori, Somerset, İngiltərə, Böyük Britaniya |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | İngilis |
Həyat yoldaşları |
|
Uşağı | 7 |
Təhsili | Lansinq kolleci, Hertford kolleci, Oksford |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1923-1964 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | Roman, tərcümeyi-hal, qısa hekayə, autobioqrafiya, satira, yumor |
Vikianbarda əlaqəli mediafayllar |
Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb. Gənc yaşlarında şəhərin məşhur aristokratları ilə dostluq edib. 1930-cu illərdə qəzet müxbiri kimi tez-tez səyahətlər edib. 1935-ci ildə İtaliyanın Efiopiyanı işğal etdiyi dövrdə orada jurnalist kimi fəaliyyət göstərmişdi. İkinci dünya müharibəsi illərində (1939-1945) Britaniya ordusunda əvvəlcə hərbi dəniz, daha sonra isə quru qoşunlarında xidmət etmişdir. O, bədii əsərlərində gündəlik həyatda qarşılaşdığı hadisələrin və insanların yumoristik cəhətlərini təsvir edirdi. Vo 1950-ci illərdə əziyyət çəkdiyi sinir pozğunluğunu da öz əsərlərində təsvir etmişdir.
İlk nikahı uğursuzluqla başa çatdıqdan sonra 1930-cu ildə katolik məzhəbinə qulluq etməyə başlayır. Ənənəvi mövqeyinə sadiq qalaraq kilsədə aparılan bütün islahatlara qarşı çıxır. İkinci Vatikan Şurasının islahatları, xüsusilə də, kilsə mərasimlərinin dəyişilməsi onu daha çox narahat edirdi. Bütün bunların hamısı onun dini ənənələrinə qarşı çıxırdı və müharibədən sonrakı illərdə dövlətlərin mədəni səviyyəsi və öz sağlamlığında olan problemlər fəaliyyətinə təsir etdi, lakin o, yenə də yazmağa davam edirdi. Vo cəmiyyət arasında özünü laqeyd bir insan kimi nümayiş etdirsə də, öz dostlarına qarşı son dərəcədə mehriban və qayğıkeş münasibət göstərirdi. 1966-cı ildə ölümündən sonra əsərlərinin süjet xətti əsasında çəkilən film və televiziya proqramları sayəsində yeni oxucu kütləsi əldə etdi. Bunlardan biri də "Braydşedə qayıdış" əsəridir.