İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
hökumətlərarası iqtisadi təşkilat / From Wikipedia, the free encyclopedia
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat[3] olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard)[4], alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard)[5] özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir.[6]
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı OECD[1], OCDE[1] | |
---|---|
Yaranma tarixi | 16 aprel 1948, 30 sentyabr 2010 |
Rəsmi dili | |
Mərkəzi | |
oecd.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı[7] (AİƏT) adı ilə təsis edildi.[8] Buna ABŞ-nin göndərdiyi maliyyə dəstəyini paylamaq və İkinci Dünya müharibəsindən sonra Avropada yenidən quruculuq işlərinin aparılması üçün lazımi iqtisadi proqramları tətbiq etməklə nail olunacaqdı. (Bənzər yenidən qurma yardımı müharibədən məğlub olaraq çıxmış Tayvan və müharibə sonrası Cənubi Koreyaya da göndərilmişdi, ancaq bu köməklər Marşal planı adı altında edilməmişdi.)[9]
1961-ci ildə AİƏT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Konvensiya ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı olaraq yenidən quruldu və üzv ola biləcək ölkələrə Avropada olmayan ölkələr də daxil edildi.[10][11] İƏİT-nin qərargahları Fransanın paytaxtı Parisdə, la-Müett şatosunda yerləşir.[12] Təşkilat üzv ölkələrin müxtəlif nisbətdə olan dəstəyiylə maliyələşdirilir və 2017-ci ildə ümumi büdcəsi 374 milyon ABŞ dolları olmuşdur.[13]