İncəsənət Muzeyi (Budapeşt)
From Wikipedia, the free encyclopedia
İncəsənət Muzeyi (mac. Szépművészeti Múzeum) — Budapeştdə, Qəhrəmanlar Meydanının şimalında yerləşən bir incəsənət muzeyi. 1900-1906 illəri arasında, memar Albert Şikekdanz və Fülöp Hersoqun planları əsasında inşa olunan muzey binası Eklektik-neoklasik tərzdədir. Muzey hər il yarım milyondan çox ziyarətçi qəbul edir. Macarıstanın ən çox ziyarət edilən 10 məkanından biridir.[4]
Cəld faktlar Əsası qoyulub, Açılış tarixi ...
İncəsənət Muzeyi | |
---|---|
Szépművészeti Múzeum | |
Əsası qoyulub | 1906[1] |
Açılış tarixi | 1906 |
Təsisçi | |
Mövzu | Tarixi əsərlər |
Ölkə | |
Kolleksiyası | 120.000 nümunə |
Ziyarətçi sayı | ildə 1.9 milyondan çox |
Direktor | Laslo Baan |
Telefon | +36 1 469 7100[3] |
47°30′57″ şm. e. 19°04′36″ ş. u. | |
szepmuveszeti.hu mfab.hu | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
2006-ci ildə, təşkilatının 100 illiyini qeyd edən muzey, 2015-2018 illəri arasında geniş təmir-bərpa işləri keçirmiş və 31 oktyabr 2018-ci ildə yenidən xalqa açılmışdır.[5]